Kubokun vaxtı dəyişdirildi - Ramazan ayına görə

Kubokun vaxtı dəyişdirildi - Ramazan ayına görə
14:22 28 Yanvar 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən "Frans-Press"ə bildirilib. Kubokun təqvimində dəyişikliyə Ramazan ayı səbəb olub.Bir neçə Şimali Afrika ölkəsindən Afrika Futbol Konfederasiyasına müraciət olunub və Ramazan ayı zamanı oruc tutacaq futbolçuların yarışda çətinlik çəkəcəkləri bildirilib. Buna görə də turnir əvvəlcədən nəzərdə tutulduğu kimi 15 iyun - 13 iyulda deyil, 21 iyun - 19 iyulda keçiriləcək.Xatırladaq ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/725324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR