“Ermənistanın hazırkı iqtidarına beynəlxalq təzyiq göstərilməli idi” – Ceyhun Əhmədli

Ermənistanda siyasətçi və jurnalist Mqer Yeqizaryanın 52 gün davam edən aclıq aksiyasından sonra vəfat etməsi faktı qarşısında beynəlxalq ictimaiyyətin susması insan hüquqları məfhumunun əslində siyasi bir alət olması reallığını növbəti dəfə təsdiq elədi. Fikir verin, Yeqizaryanın ölümündən artıq 2 gün keçir, lakin indiyədək hadisə ilə əlaqədar beynəlxalq təşkilatlar tərəfindən bir dənə də olsun, qətnamə qəbul edilməyib”.

Bunu Ermənistanda siyasi məhbusun ölümünü Metbuat.az-a şərh edən siyasi şərhçi Ceyhun Əhnmədli bildirib. Onun sözlərinə görə, sadəcə olaraq, dünən Avropa İttifaqının Komissiyasında məsələyə şifahi şəkildə etinasız münasibət bildirildi: “Deputatlardan biri qurumun sessiyasında hadisəyə görə təəssüfləndiyini ifadə etdi. Vəssalam. Bununla da iş bitmiş oldu. Nəinki bir sənəd qəbul olunmadı, heç Ermənistan iqtidarı əleyhinə neqativ bir cümlə belə səslənmədi. Halbuki, Yeqizaryan Paşinyan iqtidarına qarşı başlatdığı aclıq aksiyasına görə həyatını itirib və məsələyə ədalətli yanaşaraq Ermənistanın hazırkı iqtidarına beynəlxalq təzyiq göstərilməli idi.

Bu, Azərbaycana qarşı ikili standartlı yanaşmanın növbəti təzahürüdür. Avropa Parlamenti bir az əvvəl Mehman Hüseynovula bağlı tələm-tələsik, heç bir fakta və sübuta söykənmədən Azərbaycan əleyhinə qərar qəbul etmişdi. Halbuki, həmin qərar qəbul edilməzdən əvvəl avropalı diplomatlar Mehmanın saxlanma şəraiti, mövcud durumu ilə əyani surətdə tanış olmuşdular. Mehman Hüseynov öz dili ilə aclıq etmədiyini bildirirdi. Lakin bəzi ermənipərəst deputatlarda ölkəmizə qarşı kin və nifrət o həddədir ki, bütün bu reallıqlar gözardı edildi və məlum "sənəd" qəbul olundu. Digər Avropa təşkilatları və siyasətçiləri də Mehman məsələsində hay-küy yaradaraq Azərbaycan əleyhinə mənfi imic yaratmağa çalışırdılar. İndi sual olunur: Mehman heç aclıq keçirmədiyi halda ona canı yanan qüvvələr niyə Ermənistanda baş vermiş dəhşətli hadisənin üstündən gözüyumulu keçirlər? İndi Azərbaycan vətəndaşları Avropa Parlamentinin, ATƏT-in, Avropa İttifaqının çıxardığı qərarların ciddiliyinə necə şübhə etməsinlər? Bu suallar hələ də açıq olaraq qalır. Torpaqlarımızı dünyanın gözü önündə işğal edən bir dövlətə qarşı 25 ildən artıqdır ki, hər hansı bir sanksiya tətbiq olunmur. Yeqizaryanın ölümünə dünya ictimaiyyətinin səssiz qalması həmin ədalətsiz yanaşmanın müasir dövrdə davamı kimi dəyərləndirilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR