DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 22 524-ə yüksəlib

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 22 524-ə yüksəlib
11:43 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 31,7 faiz artıb.

Fonddan trend-ə verilən məlumata görə, 2014-cü il ərzində DSMF tərəfindən əlavə olaraq 5 425 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 524-ə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,1 faizini (20 070 nəfər) kişilər, 10,9 faizini (2 454 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 033 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2527-yə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1294-ə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (870), Çin Xalq Respublikası (753), Hindistan (620), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (346), Ukrayna (253), Özbəkistan (237), Banqladeş Xalq Respublikası (202), Filippin (193), Almaniya (192), Türkmənistan (184), ABŞ (167), Qazaxıstan (159), İtaliya (150), Cənubi Koreya Respublikası (142), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR