Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

11:47 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:44 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Hazırda elektron hökumət portalına 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub.

 

"APA-Economics"in məlumatına görə, bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.

 

Nazir müavini deyib ki, növbəti mərhələdə isə yerli icra hakimiyyəti orqanlarının qoşulması gözlənilir: “Yerli icra hakimiyyəti orqanlarının bu portala inteqrasiya olunmasına elektron hökumətin inkişafında növbəti mərhələ kimi baxılır”.

 

E. Vəlizadə hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR