Bakıda avtomobildən silah-sursat tapıldı

Bakıda avtomobildən silah-sursat tapıldı
11:51 14 Yanvar 2015
228 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda bir nəfərin avtomobilindən silah-sursat aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Əməliyyat zamanı, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq aşkarlanıb.

Bununla yanaşı, həmin şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobildən qundağı və lüləsi kəsilmiş İJ-K-16 X 7056УK markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunaraq götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR