"İşsizlər 203 manat ödənişlə ictimai işlərə cəlb olunacaq" - 30 min nəfərin işə qəbulu gözlənilir / FOTOLAR

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən həyata keçirilən proqram çərçivəsində respublikamızın rayon və şəhərlərində yaşayan işsiz vətəndaşlar əmək müqaviləsi əsasında 203 manat ödənişlə ictimai işlərə cəlb olunacaq".

Metbuat.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov bildirib.

Onun sözlərinə görə, 30 min nəfərin işə qəbul olmasına imkan yaradılacaq proqramda dövlət vəsaitinin həcmi 80 milyon manat təşkil edir:

“Artıq 16 min nəfərlə əmək müqaviləsi bağlanılıb. İctimai işlərə cəlb olunan işçilərin əməkhaqqı fondu 203 manat həcmində nəzərdə tutulub. Əməkhaqqı fonduna bu əməkdaşların sosial sığorta haqları, pensiya fonduna ödəmələri aiddir. Bu ictimai işlər ixtisas tələb etməyən, natamam iş qrafiki şəklindədir. İmzalanan müqavilələrə əsasən, 16 min nəfərdən 3 minə yaxını Bakı şəhərini əhatə edir”.

Niyazi Rəhimov əlavə edib ki, burada yerli icra orqanlarının təşkil etdiyi ictimai işlərdən söhbət gedir:

“Bura ərazilərin yaşıllaşdırılması, təmizlik, abadlıq işləri, əlavə parkların salınması, bir sözlə ictimai faydalı bir çox tədbirlər daxildir. Bu işdə bütün regionlarımız fəaldırlar. İctimai işlərə artıq 100-lərlə vətəndaşımız cəlb olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına cari ilin əvvəlindən başlanılıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Fotolar: Müzəffər İsmayılov

"30 minə yaxın insan ictimai işə cəlb olunacaq" - Niyazi Rəhimov / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR