BMT Təhlükəsizlik Şurasından Ukraynada avtobusun atəşə tutulması ilə bağlı BƏYANAT

BMT Təhlükəsizlik Şurasından Ukraynada avtobusun atəşə tutulması ilə bağlı BƏYANAT
11:52 14 Yanvar 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Ukraynanın Donetsk vilayətinin Volnovaxa rayonu ərazisində sərnişin avtobusunun atəşə tutulmasını pisləyib və hadisənin ədalətli araşdırılmasına çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, obyektiv təhqiqat aparıldıqdan sonra bu məşum cinayətin icraçılarını məsuliyyətə cəlb etmək lazımdır.

Hadisə ilə bağlı ABŞ DÖvlət Departamenti də bəyanatla çıxış edərək məsuliyyəti Rusiya tərəfindən dəstəklənən separatçıların üzərinə qoyub. Ukrayna prezidenti Pyotr Poroşenko isə ölkədə növbəti səfərbərlik keçiriləcəyini elan edib.

Xatırladaq ki, yanvarın 13-də Volnovaxa yaxınlığında sərnişin avtobusu separatçıların artilleriya atəşinin hədəfinə çevrilib. Nəticədə 12 dinc sakin ölüb, 17-si yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR