Azərbaycan postsovet məkanının ən nəhəng silah ixracatçısıdır - FOTO

Azərbaycan postsovet məkanının ən nəhəng silah ixracatçısıdır - FOTO
15:12 30 Yanvar 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"Howmuch" saytı dünya problemlərini araşdıran Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) və Beynəlxalq Bankın 2016-2017-ci ildəki məlumatları əsasında dünyanın silah bazarının ixracatçı və idxalçı ölkələrinin xəritəsini hazırlayıb. Araşdırmaçılar qeyd edib ki, hesablamalar zamanı bütün növ silahlar, hərbi texnikalar nəzərə alınıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2017-ci ilin məlumatlarına əsasən, postsovet məkanının ən nəhəng silah ixrac edən ölkəsi Azərbaycandır. Belə ki, Bakı əvvəlki illərlə müqayisədə silah ixracına 7 milyon dollar çox, yəni 279 milyon dollar sərf edib. İlk üçlüyü Qazaxıstan (209 milyon dollar) və Belarus (145 milyon dollar) qapayır. Ümumilikdə, postsovet məkanında silah ixracı ilə vəziyyət belədir: Azərbaycan (279 mln. dollar), Qazaxıstan (209 mln. dollar), Belarus (145 mln. dollar), Türkmənistan (75 mln. dollar), Latviya (39 mln. dollar), Rusiya (34 mln. dollar), Estoniya (30 mln. dollar), Litva (29 mln. dollar), Ermənistan (14 mln. dollar), Qırğızıstan (13 mln. dollar) və Gürcüstan (7 mln. dollar).Ukrayna, Moldova, Tacikistan və Özbəkistanın həmin dövr üçün məlumatları açıqlanmayıb. Bununla yanaşı, qeyd edilib ki, bir il öncə Özbəkistan silah ixracına 63 mln. dollar, Tacikistan isə 8 mln. dollar xərcləyib. Reytinqə əsasən, dünyanın ən nəhəng silah ixracatçıları Səudiyyə Ərəbistanı (4,11 milyard dollar) və Hindistan (3,36 milyard dollar) olub.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/726034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR