Əməkdar artist infakt keçirib

Əməkdar artist infakt keçirib
11:56 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, kinoaktyor Eldəniz Rəsulov infarkt keçirib.

Axşam.az report-a istinadən verdiyi məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilən aktyorun vəziyyəti hazırda stabildir. E.Rəsulov xəstəxanadan evə yazılıb: "Yanvarın 6-da ürəyimin sıxıldığını hiss etdim. Sanki havam çatmırdı. Dərhal həkimə müraciət etdim. Müayinədən sonra məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım. Hazırda evdəyəm. İndi özümü yaxşı hiss edirəm. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Müalicəm ev şəraitində davam edir. Dərmanlarımı qəbul edirəm. Həkimlər siqaret çəkməyi qadağan ediblər. Dözmək çətin olsa da, səbr edirəm."
 
Qeyd edək ki, E.Rəsulov 1952-ci ildə Bakıda yazıçı-dramaturq Qeybulla Rəsulovun ailəsində dünyaya gəlib. 1971-ci ildən bədii filmlərə çəkilən Eldəniz Rəsulov tamaşaçılara "Babək", "Gümüşgöl əfsanəsi", "Təhminə", "Ovsunçu" və s. filmlərdən tanışdır. O, uzun illərdir Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR