Sarkisyan var-yoxunu itirdi

Sarkisyan var-yoxunu itirdi
11:56 14 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanı kazinoların vətəni adlandırsaq yanılmarıq. Çünki bu ölkədə onlarla kazino fəlaiyyət göstərir. Onların arasında "Qolden Palas" kazinosu nüfuzuna görə daha çox tanınır.

"Aykakan jamanak" qəzetinin yazdığına görə, Levon Sarkisyana aid olan kazino bir aydır fəaliyyət göstərmir: "Kazinonun bağlanmasının səbəbləri kifayət qədər maraqlıdır. Keçən il dekabrın əvvəlində ərəb ölkəsindən bir milyarder öz hərəmi ilə birlikdə İrəvana gəlib və bu kazinoda vaxt keçirməyə qərar verib.

Bütün pullarını uduzduqdan sonra ərəb milyorder kifayət qədər böyük məbləğdə olan səhm üzrə oynamağı təklif edib. Kazino onunla razılaşıb. Tale onun üzünə gülümsəyib və o, uduzduğu pulu geri qaytarıb və əlavə bir neçə milyon dollar udub. Kazino udulan pulu ona ödəyib. Bununla da kazino və sahibi müflisləşib və fəaliyyətini dayandırıb."

Qəzet yazır ki, əməkdaşımız kazinoya zəng vurdu. Oradan təsdiq etdilər ki, burada yalnız oyun avtomatları qalıb."

Deyilənə görə, kazino sahibi Ermənistan prezidenti Serj Sarkisyanın qohumudur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR