Süni şəkildə toyuğun çəkisini artırırlar - AQTA sədrindən AÇIQLAMA

"Ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

AQTA sədri bildirib ki, dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır: “Ancaq işbazlar nəmlik faizini 22-24 edirlər. Bu isə istehlakçının aldadılmasına gətirib çıxarır. Sədr bildirib ki, AQTA bu sahəyə ciddi nəzarət edir”.

Qoşqar Təhməzli bildirib ki, 2018-ci ilin iyul-dekabr aylarında toyuq və toyuq məhsulları ilə bağlı 477 müraciət daxil olub. Müaraciətlər əsasında 697 nümunə daxil olub. Müayinələrə cəlb olunmuş nümunələrdən 492-si idxal,115-iyoxlama, monitorinq və yerli istehsal, 4-ü ixracla bağlıdır. Laboratoriyalara daxil olan 697 nümunənin 564-ü normativ texniki sənədlərin tələblərinə uyğun, 120-i uyğun olmamış, 13 nümunənin müayinəsi isə davam etməkdədir.

Quşçuluq məhsullarının idxalı ilə məşğul olan subyektlər tərəfindən Agentliyə 225 müraciət daxil olub. Məhsullar ölkəyə 97 hüquqi və 1 fiziki şəxs tərəfindən idxal olunub. Müraciətlər əsasında 156 qida təhlükəsizliyi sertifikatı verilib. İdxal olunmuş məhsullar əsas etibarilə, bütöv və dondurulmuş halda toyuq və toyuğun hissələri (file, bud, dəri və s.), eyni zamanda yumurta olub. Göstərilən müddət ərzində ölkəyə 8648 ton toyuq və toyuq məhsullarının idxalı üçün müraciət edilmiş, 5682 ton məhsul qida təhlükəsizliyi sertifikatı ilə təmin olunub.

Aşkar olunan uyğunsuzluqlarla bağlı qanunvericiliyə müvafiq qaydada tədbirlər həyata keçirilib.

Qeyd edək ki, ölkədə yumurtaya olan illik tələbat 1649,6 mln ədəd, illik istehsal 1674,8 mln ədəd, özünütəminetmə səviyyəsi 101,5% təşkil edir. 2018-ci ildə ölkə ərazisinə yumurta idxalı 17,6 mln ədəd ( və ya tələbatın 1,1 %-i qədər) olub. İdxal məqsədilə ölkə ərazisinə daxil olmuş yumurtalar laborator müayinələrə cəlb edilmiş və müayinə nəticələrində heç bir uyğunsuzluq aşkar edilməyib.

Qeyd: Toyuq və toyuq məhsullarının laboratoriyada əsas etibarilə fiziki-kimyəvi (iyi, rəngi, nəmliyin kütlə payı) və mikrobioloji (MafanMM, patogen mikroorqanizmlər, o cümlədən salmonella) göstəricilərinə, yumurta isə keyfiyyət (sarılıq, karatin, həcmi) və təhlükəsizlik (salmonella, MafanMM) göstəricilərinə əsasən müayinə olunur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR