Emil Balayev üçün həyəcan siqnalı

Emil Balayev üçün həyəcan siqnalı
12:05 14 Yanvar 2015
139 İdman
Ölkə mətbuatı
A- A+

Emil Balayevin çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubu digər qapıçı Timo Hildebrandla bağlı fikrini dəyişib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin Frankfurt klubunda qalmasına qərar verilib.
  
Halbuki Hildebrandın yanvarda “Ayntraxt”ı tərk edəcəyi gözlənilirdi. Ancaq almanlar təcrübəli çərçivə qoruyucusu ilə indi yox, mövsümün sonunda vidalaşmağı məqsədəuyğun sayıblar. Rəhbərliyin bu təklifini qəbul edən Hildebrand digər təklifləri rədd edib. Bu isə o deməkdir ki, Emil Balayevin yeni klubunda heyətə düşməsi bir qədər də çətinləşəcək.
  
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Balayevin “Ayntraxt”a keçidi dekabrda rəsmiləşib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR