Mingəçevirdə yağ "əməliyyatı"

Mingəçevirdə yağ "əməliyyatı"
12:05 14 Yanvar 2015
166 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə 3 nəfərin 8 kiloqram yağı oğurlaması kameraya düşüb

Mingəçevir şəhərində 1 kişi və 2 qadın əlbir olaraq mağazadan  8 kiloqram yağ oğurlayıblar. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, oğurluq hadisəsi anbaan müşahidə kamerasına düşüb. İradə Abbas qızı Niftaliyevaya məxsus mağazaya gələn 3 nəfərdən biri, orta yaşlı  kişi satıcının diqqətini qadınlardan yayındıraraq ondan malların qiymətini soruşmağa başlayıb. Bu zaman qadınlar  özlərini nəsə alırmış kimi göstərərək soyuducunu açıb və  yağ qutusunu götürüblər. Qadınlardan biri qutunu geyindiyi paltonun altında gizlədib. Sonra oğrular bir neçə ərzaq da alaraq mağazanı tərk ediblər. Hazırda həmin oğrular axtarılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR