RƏZALƏT! Onlarla qızı qaçırıb

Hollandiyalı bir qadının təxminən 2 ay əvvəl bir təriqət liderinin təcavüzünə məruz qaldığını anlatmasıyla ortaya çıxan gerçək dünyanın dörd bir yanında əks-səda oyandırmışdı. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbəri eşitdikdən sonra, müxtəlif ölkələrdə təxminən 600 qadından bənzər ittihamlar irəli sürülüb.

Bu xəbərlər üzərinə hərəkətə keçən Sabrina Bittencourt isə qorxunc detalların ortaya çıxmasını təmin edib.

Sabrina Bittencourtun duyumlarından yola çıxaraq Braziliyadakı bir seks təriqətini ortaya çıxarıblar. İllərcə var olduğu məlum olan seks təriqətinin lideri Joao Teixeira de Faria yüzlərlə qadını aldadaraq bir fermada saxlayıbmış.

Qızları 14 yaşdan 18 yaşa qədər olan dövrlərdə təriqətə gətirirmiş.

Çox pis şəraitdə yaşayan və fermalarda daim təcavüzə məruz qalan qadınlar 10 ilədək onun yanında yaşayıblar.

Joao Teixeira de Farianın bank hesablarında 9 milyon dollarlıq pul çıxarılması, Braziliyadan qaçmağa istiqamətli planlaşdırma polisi də hərəkətə keçirib.

77 yaşlı rəhbər keçən ilin dekabr ayında Braziliya polisi tərəfindən tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR