İtaliya prezidenti istefa verdi

İtaliya prezidenti istefa verdi
12:09 14 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

 

İtaliya Prezidenti Corco Napolitano ikinci dəfə yeddiillik müddətə ölkə başçısı seçildikdən yarım il sonra istefa verib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, 89 yaşlı Napolitano ilk dəfə 2006-cı ildə, ölkədə siyasi böhran zamanında prezident seçilmişdi.

Hazırda Romada ölkənin ən nüfuzlu siyasi partiyaları onun yerini kimin tutacağı barədə danışıqlar aparırlar. Nəşr bu məsələnin 40 yaşlı Baş nazir Matteo Rentsi üçün əsas sınaq olacağını yazır.

Keçmiş prezident isə istefasını yaşının çox olması ilə əlaqələndirib və bu qərarı İtaliyanın Avropa İttifaqında sədrliyinin başa çatması ilə əlaqədar olaraq verdiyini bildirib.

Strasburqda Avropa liderlərinə Napolitanonun yaxın saatlarda istefa verəcəyi xəbərini çatdıran Baş nazir Matteo Rentsi onun İtaliyanın qarşılaşdığı çətinliklərlə müdrikcəsinə mübarizə apardığını qeyd edib.

Bir qədər əvvəl İtaliya Prezidenti Corco Napolitano özünün yeni il çıxışında vaxtından əvvəl istefaya gedəcəyini bildirmişdi.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR