Ötən il 249 min azərbaycanlı İstanbula səfər edib

Ötən il Türkiyənin İstanbul şəhərinə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Metbuat.az İstanbul Mədəniyyət və Turizm Müdirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə 249 min 63 azərbaycanlı İstanbulda səfərdə olub.

Qeyd edək ki, ümumilikdə isə bir il ərzində İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib. 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR