Bu adamın üstündən 94 "iPhone" çıxdı (FOTO)

Bu adamın üstündən 94 "iPhone" çıxdı (FOTO)
12:16 14 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Çində bir nəfərin üzərindən 94 ədəd qaçaq "iPhone" telefonu aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, çinli gənc Honq Konqdan qanunsuz yolla Çinə telefon keçirməyə çalışarkən saxlanılıb.

Qaçaqmal "iPhone"ları Çinə soxmaq üzrəykən tutulan çinli gömrük məmurlarını şoka salıb.

Çinli gənc ölkədə hələ rəsmi olaraq satışa çıxmayan və bu səbəblə qara bazarda satılan "iPhone 6" və "iPphone 6 Plus" telefonlarını üzərinə yapışdırıb.

Gömrük əməkdaşları şəxsin qəribə hərəkətlərindən şübhələnərək onu saxlayıblar. Axtarışlar zamanı onun üzərindən 94 ədəd telefon çıxıb. Qaçaqmal "iPhone"ların ümumi dəyərinin təxminən 50 min dollar olduğu bildirilib.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR