"Çakra açan" azərbaycanlı yoqa ustasına şok

"Çakra açan" azərbaycanlı yoqa ustasına şok
12:16 14 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə bir çox tanınmış şəxslərin yoqa ustası olan azərbaycanlı Akif Manafın 13 ilə kimi həbsi tələb edilir. ANS PRESS-in məlumatına görə, "enerji ötürürəm" "çakralarını açıram" deyə qadınları cinsi istismara məruz qoyan Yoqa ustası Akif Manaf haqqında iddianamə hazırlanıb. O 4 ildən 13-ilə kimi həbs edilə bilər.

58 yaşlı yoqa ustası qadınların şikayətindən sonra ötən ilin yayında saxlanılmışdı.

İddinamədə belə deyilir: "Şikayətçi qadın müttəhim tərəfindən verilən yoqa dərslərinə qatılmağa başlayıb. O, daha sonra eyni mərkəzda çalışmağa başlayıb. Qadın ona oxumaq üçün müxtəlif kitablar verildiyini, yerə uzanması deyilərək əl ilə bədəninə toxunlduğunu, yarı huşsuz vəziyyətdə cinsi münasibətə vadar edildiyini deyib. Daha sonra onlar birlikdə yaşamağa başlayıblar.Lakin bir müddət sonra şübhəlidən uzaqlaşmağa başlayıb. Buna görə də təzyiqlər başlayıb".

Qeyd edək ki, bundan əlavə 11 başqa qadın və kişi də A.Manafdan şikayət edib.
Aralarında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış müştəriləri də olan Akif Manaf fırıldaqçılıq, şantaj etmə, təhdid etmə və cinsi istismarda təqsirli bilinirdi.

Məlumata görə, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda profüssor adı qazanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR