Xərçəngin yaranmasına mane olur, insult riskini azaldır - Həkim AÇIQLADI

Gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Adi baş kələmlə müqayisədə, gül kələmdə 1,5-2 dəfə çox C vitamini var. Cəmi 50 qram gül kələmdə gündəlik C vitamini dozası, 100 qramda isə gündəlik B vitamini dozası var. Azkalorilidir,100 qramda 30 kkal var.

Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a açıqlamasında deyib ki, gül kələmi həm kişi, həm qadın, həm də uşaq orqanizmi üçün faydalıdır. Tərkibində fol turşusu olduğundan hamilə qadınlar həmçinin, süd verən analar və körpələr üçün çox vacib qidadır. Süd vəzisi xərçənginin yaranmasına mane olur. Qanı xolesterindən təmizləyir, qan dövranını tənzimləyir, damar divarlarını möhkəmləndirir, infarkt və insult riskini azaldır. Asan həzm olunur. Mədə və 12 barmaq bağırsaq xorası zamanı müalicəvi əhəmiyyəti var. Pankreatit və xolesistit zamanı istifadə etmək olar. Onkoloji xəstəliklərin yaranmasına mane olur. Kişilərdə prostat vəzi xərçənginin qarşısını almağa qadirdir. Gül kələmindən çiy halda istifadə etmək olar. Bunun üçün 250 qram gül kələmi, 100 qram kök rəndələnir, 2 xörək qaşığı portağal qabıqları, 1 çay qaşığı qara zirəli duz, 2 xörək qaşığı zeytun yağı əlavə edilib qarışdırılır. Çox dadlı və faydalı salat alınır.

Aysel Yaqubqızı / Metbuat.az

Bu üsullarla dişlərinizi sürətli və asan şəkildə ağardın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR