Neftdən hazırlanan bu maddənin üz dərisinə faydasından xəbərdarsınız?

Neftdən hazırlanan bu maddənin üz dərisinə faydasından xəbərdarsınız?
16:03 4 Fevral 2019
Ölkə mətbuatı
A- A+

7-dən 70-ə hər kəsin evində mütləq şəkildə alıb qoyduğu vazelin əsrlərdən bəri istifadə olunaraq günümüzə qədər gəlib çıxıb. Adətən, quruyan əllərin nəmləndirilməsi üçün istifadə olunan vazelinin həm də üz dərisinə faydaları var imiş.

Publika.az-ın məlumatına görə, xam neftdən əldə edilən qatı konsistensiyalı, rəngsiz maddə olan vazelin Robert Çizbruq adlı kimyagər tərəfindən kəşf edilib. O, bu maddənin ömrü uzatdığına inanaraq hətta 1 qaşıq yeyib. Lakin bu sınağı daha sonra heç kim həyata keçirməyib.

Mütəxəssislərin apardığı araşdırmalara görə, vazelinin tərkibində yüksək miqdarda təbii yağ var. Bu xüsusiyyətindən dolayı qaş və kirpik uzatmaqda olduqca faydalıdır. Qaşınızı istədiyiniz formaya salmaq istəyirsinizsə, vazelini isidib hər gecə yatmazdan öncə qaşınıza çəkə bilərsiniz. Bunu edərkən vazelinin yaxşı əridiyinə diqqət yetirin. Əks halda, qatı vazelin qaşların tökülməsinə səbəb ola bilər.

Qış aylarında dərinizin quruyan bölgələrinə ürək rahatlığı ilə çəkə bilərsiniz. Çatlayaraq quruyan dodaqlar, əllər və üz dərisi vazelinlə əvvəlkindən də sağlam hala gələ bilər. Bundan başqa, saçlarınızı boyayarkən boyanın alnınıza və qulaqlarınıza tökülməsindən narahat olursunuzsa, boyamazdan əvvəl həmin hissələrə vazelin çəkməklə bu problemdən qurtularsınız.

Həmçinin, vazelin makiyaj losyonunun alternativi kimi də istifadə oluna bilər. Bu işi pambıqla rahat şəkildə görə bilərsiniz.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/268461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR