Xərçənglə bağlı DƏHŞƏTLİ RƏQƏMLƏR - Ötən il 9,6 milyon adam öldü

Xərçənglə bağlı DƏHŞƏTLİ RƏQƏMLƏR - Ötən il 9,6 milyon adam öldü
08:13 5 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Xərçəng dünyada tezliyinə görə ölüm hallarının ikinci səbəbidir. Ötən il onkoloji xəstəliklərdən 9,6 milyon adam dünyasını dəyişib. Bütün ölüm hallarının dörddəbir hissəsindən bir qədər azı siqaretçəkmə ilə bağlıdır.

Publika.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) Dünya Xərçəng əleyhinə Mübarizə Günü ərəfəsində açıqladığı onkoloji xəstəliklərdə keyitməyə dair yenilənmiş tövsiyələrində belə deyilir.

Piylənmə, azhərəkətli həyat tərzi, spirtli içkilər və rasionda meyvə-tərəvəz çatışmazlığı aparıcı risk faktorlarındandır. Gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə bütün onkoloji xəstəliklərin dörddəbir hissəsi infeksiya – hepatit və insan papilloması virusu ilə bağlıdır. Ağciyər xərçəngi dünyada yayılmasına görə birinci yerdədir, sonra döş vəzi, bağırsaq, prostat vəzi, dəri və mədə xərçəngləri gəlir. Onkoloji xəstəliklər hər il iqtisadiyyata 1,16 trilyon dollar ziyan vurur.

DST-dən bildiriblər ki, sağlam həyat tərzi xərçəng xəstəliklərinin təqribən yarısının qarşısını ala bilər. Bunun üçün siqaret çəkməmək, düzgün qidalanmaq, kanserogen infeksiyalara qarşı peyvəndlər etmək lazımdır. Məlumdur ki, onkoloji xəstəliklər erkən mərhələdə üzə çıxarılanda, onları müalicə etmək mümkündür. Buna görə də profilaktiki müayinəyə dair tövsiyələrə ciddi əməl edilməlidir.

Xərçəngə tutulma hallarının 55 faizi ağrı ilə müşayiət olunur. Xəstəliyin gec mərhələlərində ağrı xəstələrin 66 faizində müşahidə edilir. DST xərçəng xəstələrinin əzablarını necə yüngülləşdirmək və onların həyat keyfiyyətini necə yaxşılaşdırmaq barədə özünün yenilənmiş tövsiyələrində keyitmə preparatlarının, o cümlədən narkotik, qeyri-narkotik və yardımçı preparatların üçpilləli sxemini rəhbər tutmağı təklif edir. Ekspertlər müalicənin səmərəliliyini artırmaq üçün preparatları pasiyentin tələbi ilə deyil, müntəzəm qəbul etməyi, dozaları fərdi təyin etməyi məsləhət görürlər. Yardımçı preparatlar siyahısına stereoidlər, antidepressantlar və qıcolma əleyhinə vasitələr daxildir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/268524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR