Moskvada naməlum şəxs avtobusa atəş açdı

Moskvada naməlum şəxs avtobusa atəş açdı
12:22 14 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Çərşənbə günü səhər Moskvanın cənubundakı Musa Cəlil küçəsində naməlum şəxs avtobusa atəş açdıqdan sonra gizlənib.

Onun saxlanması üçün "yaxalama" planı həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə RİA Novosti DİN-in paytaxt idarəsinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtobus uşaqları daşıyırmış. Ancaq sonradan Şəhər Daxili İşlər İdarəsindən rəsmən bu informasiyanı təsdiq etməyiblər.

İdarənin nümayəndəsi bildirib ki, onlarda olan məlumata görə, “Daewoo Nexia” markalı minik avtomobili ilə avtobusun sürücüləri arasında münaqişə olub. Nəticədə xarici avtomobilin sürücüsü travmatik silahı çıxararaq avtobusa bir neçə atəş açıb. Bundan sonra öz avtomobili ilə hadisə yerindən qaçaraq gizlənib.

Polisin məlumatına görə, hadisə zamanı sərnişinlərdən heç biri zərər çəkməyib. Hazırda həmin şəxs axtarılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR