ABŞ hərbçiləri UNO arxivini açdılar - FOTO

ABŞ hərbçiləri UNO arxivini açdılar - FOTO
12:22 14 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hərbi-Hava Qüvvələri (United States Air Force, USAF) uçan naməlum obyektlərlə (UNO) bağlı arxivinin bir qismini açıq elan edib.
 
Maraqlananların internetdə tanış ola biləcəkləri fayllar ABŞ HHQ-nin 1947-1969-cı illərdə UNO-larla bağlı apardığı qeydlər və hazırladığı hesabatlardır.
 
Milli.Az OpenMinds-ə istinadən bildirir ki, həmin araşdırmalar "Project Blue Book" adı ilə 1970-ci ilədək aparılıb.
 
"Tam məxfi" qrifindən çıxarılmış sənədlərdə təxminən 700 fakt "sonadək aydın olmayan hadisə" kimi dəyərləndirilir. Bu isə sənədlərdəki faktların təxminən 5,5 faizini təşkil edir.
 
Amerikalı hərbçilər UNO-larla bağlı 12618 müşahidənin sonuclarını hesabatda əks etdiriblər.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR