Dollar kəskin ucuzlaşacaq? - Ekspert izah edir

Dollar kəskin ucuzlaşacaq? - Ekspert izah edir
20:05 5 Fevral 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunsa və işsizlik artsa da, dolların kəskin ucuzlaşması gözlənilmir.Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib. Ekspert ümumiyyətlə indiki situasiyanın bir qədər fərqli olduğunu bildirib:"İnkişaf etmiş ölkələrdə iqtisadiyyatdakı durumu bir neçə indikator əsasında dərhal qiymətləndirmək mümkündür. Belə ki, biznesin, təchizatçı menecerlərin gözlənti indeksi, sifarişlərin həcmi, işsizlik göstəricisi, sənaye məhsulu indeksləri əsasında avrozonada və ABŞ-da valyutanın durumunu müəyyən edirlər. Düzdür, ABŞ-da bir sıra indekslərdə azalma müşahidə olunur və işsizlik artır. Ancaq, bu dolların digər valyutalar qarşısında birmənalı olaraq kəskin ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki iqtisadi zəifləmə avrozonada və Çində də müşahidə olunur".Ekspertin sözlərinə görə, inkişaf etməkdə olan bazarlarda, xüsusilə də Avropa və Çin iqtisadiyyatında iqtisadi göstəricilər daha yaxşı olsaydı, o zaman dolların digər valyutalar qarşısında dəyər itirməsini gözləmək olardı:"Bir də iqtisadi böhran və iqtisadi meyillərdə kəskinləşmə baş verərsə, dollar ucuzlaşa bilər".Qeyd edək ki, dünya valyuta birjalarında son günlər ABŞ iqtisadiyyatına dair fundamental məlumatların açıqlanması dolların yenidən ucuzlaşa biləcəyini gündəmə gətirib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/banklar/727874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR