Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb
10:01 6 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib: "Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb. Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3015435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR