Qrip olmamaq üçün TƏBİİ ÜSULLAR - Həkim rəyi

Son dövrlər qrip və infeskion xəstəliklərin yayılması ilə bağlı insanları düşündürən əsas məsələ bu xəstəliklərdən necə qorunmaqdır.

Həkim fitoterapevt Sadıq Salami Metbuat.az-a açıqlamasında deyib ki, virus və infeksion xəstəliklərdən qorunmaq üçün immun sistemi güclü olmalıdır. İmmunitet orqanizmin bizi virus və digər xəstəlik törədicilərdən qorumaq qabiliyyətidir. Tez-tez soyuqdəymə, davamlı hərarət yüksəkliyi, xroniki yorğunluq sindromu, oynaq və əzələ ağrıları, yuxunun pozulması, tez-tez baş ağrıları, dəridə səpkilərin əmələ gəlməsi immunitet zəifləməsi nəticəsində baş verir. İmmun sistemi 50 faiz genetik faktordan, 50 faiz isə həyat tərzindən asılıdır.

Həkimin sözlərinə görə, sağlam yuxu, fiziki hərəkətlər, balanslaşdırılmış qida immun sistemi üçün çox önəmlidir.

Qida orqanizmin müdafiə gücünü artıraraq, virus və bakteriyalardan qorunmağa kömək etməlidir. Qida rasional olmalı və daha çox təbii meyvə və tərəvəzlərdən ibarət olmalıdır. Siqaret və alkaqol immuniteti öldürür. Stress immunitetin düşmənidir.

Həkim əlavə edib ki, soyuqdəymədən qorunmaq üçün exinaseya, cökə, quşarmudu bitkilərindən çay dəmləyib içmək faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Zəlzələ zamanı nə etmək lazımdır? - DİQQƏT!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR