Fevralın 17-də Heydər Əliyev Mərkəzində "Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə" adlı sərgi açılacaq.Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış unikal avanqard kolleksiyası nümayiş olunacaq. Ekspozisiyada tanınmış avanqard klassikləri Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərləri kimi avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş sənətkarların yaradıcılığından nümunələr təqdim ediləcək.Sərgidə ümumilikdə 60 əsər nümayiş olunacaq.Ekspozisiya özündə 2016 və 2017-ci illərdə Moskvada nümayiş olunmuş "Zamanında. Birinci hissə" və "Zamanında. İkinci hissə" sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları nümayiş etdirməkdir.İncəsənət tarixçisi, rus avanqardı barədə silsilə monoqrafiya və nəşrlərin müəllifi Andrey Sarabyanovun kuratoru olduğu sərgi Rusiyanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.Milli.Az
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının sərgisi açılacaq
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Şoyqunun müavini saxlanıldı
24 Aprel 2024
03:15
Bakıdakı görüşün hakimləri cəzalandırıldı
24 Aprel 2024
01:25
Məhkəmənin tanınmış aparıcı barədə verdiyi qərar icra edildi
24 Aprel 2024
00:17
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlandı
23 Aprel 2024
23:47
45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qızın atası danışdı:
23 Aprel 2024
23:15
"Whatsapp"da böyük yenilik -
23 Aprel 2024
22:43
Qondarma soyqırım yürüşündə təxribat
23 Aprel 2024
22:08
Elməddin "Komedixana"nın aktyorlarını tənqid etdi:
23 Aprel 2024
21:43
"Sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir"
23 Aprel 2024
21:27
Xankəndidə vəzifəli şəxs TUTULDU
23 Aprel 2024
20:48