Plastik cərrah piylərini aldırmaq istəyən qadının ölümünə səbəb olub?/ ŞOK Detallar

43 yaşlı M.K. İzmirdə xüsusi bir tibb mərkəzində "liposuction"- "yağ aldırma" əməliyyatı sonrası həyatını itirib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq davam edərkən M.K.nın əməliyyatını həyata keçirən plastik cərrah E.D. bir mükafat mərasimində İstanbulda "Ən Yaxşı Plastik Cərrah" mükafatını qazanıb və bu da ölən qadının ailəsinin üsyanına səbəb olub.

"Yeni Asır" qəzetinin xəbərinə görə ailənin vəkili Esen Ner Ezgi, "bu, bir qalmaqaldır. Ailə bu mükafat üçün üsyan edir" şəklində açıqlama verib.

29 Avqustda İzmirdə bir başqa xüsusi xəstəxanada ingilis vətəndaşı Leah Cambridge (29) estetik əməliyyatdan bir gün sonra həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR