"Freedom House" təşkilatının hesabatı çox gülünc və mənasızdır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir".Milli.Az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Vüqar Rəhimzadə bildirib ki, Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldurlar: "Onlar "peşəkar" dələduzdurlar və maxinasiya ilə məşğuldurlar. Bu cür qurumlar qeyri-hökumət təşkilatı kimi insan hüquq və azadlıqları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə etmək niyyəti güdürlər. "Freedom House" təşkilatının hesabatı təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək "tamaşaya qoyulacaq" səviyyədə anormal fikirdir. "Freedom House" təşkilatı ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on sifətləri var"."İki sahil" qəzetinin baş redaktoru qeyd edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir: "Ermənilər təkcə Azərbaycanda yox, Gürcüstanda, Türkiyədə, Amerikada, Avropada nə qədər terror hadisələri törədib. "ASALA" terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya bəllidir. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə göstərmək çox gülünc və məntiqsiz yanaşmadır".Milli.Az
Vüqar Rəhimzadə: “Freedom House”un hesabatı çox gülünc və mənasızdır"
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Ölkənin qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
25 Aprel 2024
18:04
Günəş ləkələri:
25 Aprel 2024
17:47
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar -
25 Aprel 2024
17:30
Prezidentlər Ağdam Cümə məscidinin açılışında iştirak ediblər -
25 Aprel 2024
17:21
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı
25 Aprel 2024
17:05
Bakıda yeni "Mall" bu tarixdə açılacaq -
25 Aprel 2024
17:04
İlham Əliyev və Sadır Japarov İmarət kompleksində görülən işlərlə tanış olublar -
25 Aprel 2024
17:02
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri
25 Aprel 2024
16:37
Azərbaycan və Qırğızıstan prezidentləri birgə
25 Aprel 2024
16:29
Xalq artisti 23 il sonra onunla görüşdü -
25 Aprel 2024
16:26