Saatlarla oturan insanlarda XƏRÇƏNG riski yaranır? - Yeni araşdırma

Oturaq həyat tərzi insanlarda bağırsaq xərçənginin yaranması riskini artırır.

Metbuat.az xarici Kütləvi İnformasiya Vasitələrinə (KİV) istinadən bildirir ki, ABŞ-da 1989-cü ildən bəri aparılan araşdırmalar nəticəsində alimlər belə qənaətə gəlib. 50 yaşdan aşağı isanlar arasında aparılan araşdırmalar nəticəsində bağırsaq xərçənginə səbəb olan əsas faktorun uzun müddət oturmaq olduğu müəyyənləşib. Sadəcə 1 saatlıq oturmaq belə xərçəngin yaranması riskini 12% artırır. Hər gün ən azı 2 saatını oturaraq keçirən insanlarda bağırsaq xərçənginin yaranması riski 70% yüksəlir.

Alimlər bildirirlər ki, oturmaq insan sağlamlığı üçün olduqca risklidir. İş və digər səbəblərlə bağlı uzun müddət oturan insanlarda bağırsaq xərçənin yaranması daha sürətlə gedir. Bu səbəblə, oturaq həyat tərzi keçirən insanlara gündəlik olaraq minimum 1 saat piyada gəzinti tövsiyə olunur.

Bitkoin ucuzlaşmaqda davam edir - Qiymət – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR