Litseydə SKANDAL! Görüntülər anbaan kameraya çəkildi! - VİDEO

Cənubi Afrikada bir liseydə baş verən hadisə ölkədə qəzəb yaradıb.

Metbuat.az xəbər verir ki, sinifdə baş verən hadisədə müəllim qız şagirdinə zor tətbiq edib.

Cənubi Afrikanın paytaxtı Keyptaunda, Sans Souci qız məktəbində, tələbənin telefon istifadə etdiyini görən qadın müəllim, dərs zamanı telefon istifadə etməyin qadağan olduğunu deyərək tələbəyə xəbərdarlıq edib. Müəllim tələbənin əlindəki telefonu alaraq masanın üzərinə qoyub.

Bu zaman müəllim tələbənin təhqir və söyüş istifadə etdiyini eşidib və onu itələyərək sinfi tərk etməsini söyləyib. Tələbə isə sinifdən çıxmağı rədd edib. Bundan sonra müəllim qıza zor tətbiq edib.

Yaşanan hadisə sinifdə olan başqa bir tələbə tərəfindən mobil telefon kamerası ilə qeyd edilib. Görüntülər sosial media üzərindən yayılıb və faktla bağlı cinayət işi açılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR