Nazirliyin “İşsizin DOSTu” Gəncədə bir işsizin dostu oldu - RƏSMİ

Hörmətli KİV nümayəndələri bəzi saytlarda Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan bir ailənin çətin şəraitdə yaşaması barədə məlumatlar yayımlanıb.

Bununla əlaqədar ilk növbədə ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib. T.Məmmədova “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub. Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil.

Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək.

Fazil Talıblı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mətbuat xidmətinin rəhbəri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR