Qardaşının həyat yoldaşına cinsi təcavüz edib? - 20 il həbs olundu/ QALMAQAL

Türkiyədə tanınmış at çaparı Uğur Polat keçmiş sevgilisi olduğu iddia edilən qardaşı arvadına dostlarıyla təcavüz etdiyi iddiası ilə məhkəmədə 20 il həbs olunub.

Metbuat.az "DHA"ya istinadən xəbər verir ki, cinsi təcavüz etdiyi iddiasıyla mühakimə olunan məşhur jokey 20 il həbs cəzasına məhkum edilib. Polad həbsxanaya göndərilib.

Uğur Polad ifadəsində şikayətçiylə razılıq əsasında əlaqəyə girdiklərini iddia edib, digər şübhəlilər isə hadisə zamanı evdə olduqlarını, ancaq iddia edilən hadisənin olmadığını müdafiə edərək, ittihamları rədd edib.

MÜTTƏHİMLƏRƏ CƏZA YAĞDI

Bakırköy 9-ci Ağır Cəza Məhkəməsində davam edən məhkəmə iclasında həbssiz 3 müttəhim iştirak edib.

Müttəhimlər günahsız olduqlarını bildirərək, bəraətlərini tələb edib.

Uğur Polad 20 il həbs cəzasına məhkum edilib, digər iki müttəhim də 10 il həbs cəzasına məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR