Azərbaycan istehsalı olan “Peugeot” avtomobilləri bu qiymətə satılacaq

Azərbaycan istehsalı olan “Peugeot” avtomobilləri bu qiymətə satılacaq
13:33 8 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Neftçala Sənaye Məhəlləsinin bazasında “Khazar” markası altında “Peugeot” avtomobillərinin istehsalı başlayıb.

Bunu Trend-ə “Azərmaş” şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.

Şirkət rəsmisinin sözlərinə görə, hazırda müəssisənin istehsalat gücü ilə bir neçə “Peugeot” avtomobili istehsal olunub:

“Avtomobillər avtomatik transmissiya ilə təchiz edilib. Onlar ay ərzində sınaqdan keçiriləcək, seriya istehsalı isə mart ayından başlayacaq. Avtomobilin komplekt hissələri İrandan tədarük olunur. İlk mərhələdə avtomobillər daxili bazarda satılacaq, perspektivdə isə region ölkələrinə ixrac planlaşdırılır”.

G.Namidar əlavə edib ki, mühərrikin həcmindən asılı olaraq “Peugeot Khazar” avtomobilinin qiyməti 19,5 min manatdan 21 min manatadək dəyişəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/268920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR