DDoS hücumların sayı 13% azalıb

DDoS hücumların sayı 13% azalıb
15:35 8 Fevral 2019
Ölkə mətbuatı
A- A+

"Kasperski laboratoriyası" 2018-ci ildə dünyada DDoS hücumların sayının 13% azalması haqqında məlumat verib. Bu halda belə kiberhücumlar daha mürəkkəb hal alıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər dəqiqləşdiriblər ki, qarışıq hücum və HTTP fludun (hücum edən bot qurbanın serverinə çoxlu sayda HTTP sorğu yaradır) müddəti artmaqdadır. Bu o deməkdir ki, hakerlər daha mürəkkəb metodlardan istifadə edirlər.
 
DDoS hücumların ucuz qiymətə başa gəlməsi onu ən əlçatan kiberhücum növlərindən biri edir. "Kasperski Laboratoriyası"nın ekspertləri qeyd edirlər ki, daha çox şirkət DDoS hücumların sadə növlərindən qorunmaq üçün həllər tətbiq edir və 2019-cu ildə hakerlər DDoS-a qarşı standart müdafiə tədbirlərini dəf etmək üçün öz biliklərini daha da təkmilləşdirəcək.
 
2018-ci ilin əvvəli ilə müqayisədə hücumların orta müddəti 2 dəfədən çox artaraq 218 dəqiqəyə yaxınlaşıb.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59153-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR