​Nicat Kazımov: "Pasportumu görəndə şoka düşdüm"

Yeni tamaşanın məşqindəyəm... Bir az gec gəlsəm də söhbətin nədən getdiyini anlamaq çətin deyil... O rejissor olaraq çox həssasdı. Gözündən heç nə yayınmır... Hər kiçik mizan belə yerində olmalıdır. Bunun üçün də gərgin məşq gedir. Və maraqlıdır ki, hər aktyor öz rolunu oynasa da o məşq zamanı hər kəsin rolunu oynayır...

Müsahibim GTT-nın əməkdar artisti, rejissor və aktyor Nicat Kazımovdur.

- Məşqləri gedən yeni tamaşa haqqında nə deyə bilərsiniz ?

- Hazırda məşqinə başladığımız “Tanrıya 14 məktub” (müəllifŞmitt) tamaşasıdır. Tamaşa xərçəngdən vəfat edən dostumuz Ceyran Nərimanın xatirəsinə ithaf olunur.Dünyanı bürüyən bu bəla tamaşada öz əksini tapır. Amma sabaha, yaşama ümid də ön plandadır. Çox açıqlamıram, gəlib görərlər. Qeyd edim ki, tamaşada Qəmər Məmmədova,Zenfira Əbdülsəmədova,Anar Səfiyev,Müşfiq Əliyev, Təhminə Məmmədova, mən və s. məşğuldur.

- Yeri gəlmişkən,rejissorluğa aktyorluqdan gəlmisiz ?

- Bəli. Mən aktyoram. Bir müddət Pantomima teatrında çalışmışam.Sonra GTT-nin direktoru Kamal müəllim məni işə götürməliydi,götürmədi.O zaman dedim ki, icazə verin, tamaşa hazırlayım. Əgər bəyənsəniz, məni işə götürərsiz.“Tık-Tuk xanım” tamaşasını hazırladım. Tamaşa çox bəyənildi və 15 il repertuarda qaldı. Beləliklə mən rejissorluğa başladım.Rejissorluq həm də Allah vergisidir.

- Sizcə əsas prosesdir yoxsa nəticə ?

- Əlbəttə ki, nəticə. Bütün məşqlər, gərgin zəhmət nəticəyə xidmət etməlidir. Və nəticə də rejissor başda olmaqla bütün yaradıcı heyətdən asılıdır.Hər tamaşa yeni ideya təbliğ etməlidir.

- Nicat Kazımov, bir rejissor kimi sırf öz seçdiyi aktyorlarla çalışır?

- Qətiyyən xeyr. Çünki hər rolahansı bir aktyor uyğun gəlirsə, mən onu dərhal hiss edirəm. Rejisurada bu əsas məqamdır.Çünki tamaşaya hər kəs eyni bucaqdan baxmalıdır ki, nəticə uğurlu olsun.Bu mənada rejissorun üzərinə böyük məsuliyyət düşür.

- Aktyorun tamaşada şəxsi improvizəsinə yol verirsinizmi?

- Xeyr. Bu mənim yaradıcılıq üslubuma ziddir. Çünki teatr riyaziyyatdır. Məlumdur ki, 2+2=4 edir. Teatrda da bu belədir. Aktyor məşq prosesində öz fikirlərini rejjisorla bölüşə bilər. Bu təbiidir. Lakin son məqamda rejissroun fikri əsas olmalıdır. Və bu da bütün tamşanın uğuruna zəmanət verir.

- Ruhən özünüzü azad hiss edirsinizmi?

- Əlbəttə.Yaradıcı insanlar hamısı ruhən azaddırlar.Təbii ki, özümə qoyduğum qadağalar da var ki, onlara riayyət edirəm. İçki qəbul etmirəm, gecə həyatım yoxdu. Yeganə pis vərdişim siqaretdir ki, onu da ata bilmirəm.

- İncəsənət universitetində dərs deyirsiniz...

- Bəli.Bu da çox maraqlı işdi.İstedadlı gənclərimiz çoxdur. Hal-hazırda teatrımızın gənc simalara ehtiyacı var.Mən həmişə onlara dəstək olmağa çalışmışam.Amma razılaşaqki, bu təkcə məndən asılı deyil.

- Sizin bütün tamaşalarda musiqi ayrıca bir obraza çevrilir...

- Bəli. Elə bu tamaşada da musiqi əsasdır. Hans Zimmerin bir az ağır musiqiləriylə yanaşı fransız estradasından yüngül, ritmik, hətta romantik melodiyalara müraciət etmişik. Edit Piaf , Patrisia Kaasın ifaları ön plandadır.

- Ailədə bildiyimə görə oğlunuz yolunuzu davam etdirir...

- Bəli. Hal-hazırda yeni tamaşada da məşğuldur. Digər oğlum isə rəssam-dizayner sənətini seçib. Yoldaşıisə polisdir. Ailə sevgisi, ailə qayğısı mənim üçün əsasdır.Çünki bütün valideynlər kimi mənim də üzərimə böyük yük düşür. Onların uğurları mənim uğurumdu.\

- Nicat Kazımovun mənzil problemi hələ də dururmu?

- Təəssüflər olsun bəli. Hələ də bu problem öz həllini tapmayıb.Sizə bir kiçik nüansıdeyim. Bu yaxınlardaxarici səfərə getməliydim.Şkafdan pasportumu götürməkistəyəndə şok oldum.Evdəki nəm havadan, rütubətdən pasportum tanınmaz hala düşmüşdü.Təsəvvür edin, əgər kağız rütubətdən bu günə düşübsə gerisini siz düşünün...Ümid edirəm ki, dövlətimiz bu problemi də həll edəcək.

- Sonda oxuculara sözünüz...

- Sənətdə bayağı nə varsa onun ömrü qısadır... Əsl sənət əbədidir. Bu yaxınlarda bir insan gördüm. Əli-ayağı olmayan bir insan...Sadəcə baş, bədən.Amma o qədər pozitiv ruhu var idi ki... Və bu zaman anladım ki, insan hər an şükürlü olmalıdır... Şükürlü olaq !Tanrının verdiyi hər bir şeyə şükr edək !

P.S.Teatrdan ayrılıram... Və beynimdə bir fikir fırlanır.“İnsanda hər şey gözəl olmalıdır” fikri...Məncə onun yaşadığı həyat tərzi, uşaq saflığı, qoyduğu saysız tamaşaların uğuru məhz bu gözəlliyi təbliğ edir...

Təranə Feyzullayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR