Samur çayı üzərindəki körpünün tikintisi noyabrda yekunlaşa bilər

Samur çayı üzərindəki körpünün tikintisi noyabrda yekunlaşa bilər
17:29 8 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Xaçmaz. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev körpünün tikintisinə baxış zamanı bildirib.

Nazirin sözlərinə görə, yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq və sərhəddən keçidi tezləşdirəcək:

“Körpü istifadəyə verildikdən sonra yük avtomobillərinin keçid müddəti azalacaq və bununla da ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinə lazım olan maliyyə vəsaiti Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya höküməti tərəfindən ödənilib. Tikintinin bu il noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulub. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".

Qeyd edək ki, körpünün dəyəri 38 milyon manat təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3016857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR