Mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılılması planlaşdırılır

Mövcud Ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədiləEkologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə qeyri hökumət təşkilatlarının,ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmışşirkətlərin nümayəndələri iştirak edib.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə Nazirlik tərəfindən ilk dəfə təşkilolunangörüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində Nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.

Əlavə məlumat və suallar üçün info@eco.gov.az elektron ünvanına müraciət oluna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR