Erməni hərbçi ağır qəza törədib: - Ölən və yaralananlar var

Bu gün Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib.

Metbuat.az erməni mediasına istinadən xəbər verir ki, bu gün saat 01:40 radələrində, həmin vilayətin Nor Edesia kənd sakini 45 yaşlı Artyom Hovhannisyan idarə etdiyi “X Trail” markalı avtomobili ilə İrəvan-Gümrü yolunda İrəvan istiqamətinə hərəkət edərkən yolun hərəkət hisəsindən çıxaraq, bir neçə beton maneəyə çırpılıb və yuvarlanaraq sahəyə düşüb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanaraq Talin şəhər tibb mərkəzinə təxliyyə edilib.

Şahidlərin sözlərinə görə, sürücü 45 yaşlı Artyom Hovhanisyan Ermənistan Müdafiə Nazirliyində qulluq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR