Hacıqabulda bu avtomobillər istehsal ediləcək

Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Sənayə məhəlləsində zavodun tikintisi 2020-ci ilin ortasında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehalı 1000 avtomobil təşkil edəcək.

İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq. Zavodda "Qazel", Qazel Biznes", "Qazel Next", eləcə də xüsusi texnika maşın modelləri istehsal olunacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR