Dilarənin fotolarını oğurlayıb, iranlı qadın kimi təqdim etdilər - FOTO

Dilarənin fotolarını oğurlayıb, iranlı qadın kimi təqdim etdilər - FOTO
14:42 9 Fevral 2019
169 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Dilarə Əliyevanın başına iş gəlib.Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın bir neçə il əvvəl qızı Banu ilə milli geyimdə etdirdiyi fotosessiya İranda bloqqer tərəfindən oğurlanıb. İran saytlarından birində Dilarəni iranlı xanım kimi təqdim ediblər. Geyimi isə İran milli geyimi adlandırıblar.D.Əliyeva bildirib ki, hazırda bu məsələnin araşdırılması və yanlışlığın düzəldilməsi üçün çalışır:"3 il əvvəl modelyerimiz Aygün Mahmudovanın milli geyimləri ilə qızımla fotosessiya etdirdim. Modelyer mənə fotoları göndərdi ki, "İran qadını, İran milli geyimində" adı ilə yayılıb. Təəccübləndim ki, necə ola bilər? İstəyirəm bu məsələni araşdırım. Niyə bizim milli geyim İranınkı kimi təqdim olunur? Yerini, yurdunu araşdırmadan necə belə bir yanlışlıq edilə bilər? Necə bunu çap edə bilərlər?"Aygün Mahmudova da bu məsələni belə qoymayacağını deyərək "Milli geyimlər hazırlamağı sevirəm. Dilarə xanımla da belə işbirliyimiz olub. Google-da bir məsələ ilə bağlı araşdırma aparırdım. Baxdım ki, mənim hazırladığım geyim, fotosessiya. Niyə belə təqdim edildiyini başa düşmədim" sözlərini əlavə edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/729062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR