Azərbaycanda istehsal olunacaq "QAZ" avtomobillərinin İran və Türkiyəyə ixrac olunması planlaşdırılır

Azərbaycanda istehsal olunacaq "QAZ" avtomobillərinin İran və Türkiyəyə ixrac olunması planlaşdırılır
14:50 9 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Hacıqabul. Ceyhun Ələkbərov - Trend:

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunacaq "QAZ" avtomobillərinin İran, GürcüstanTürkiyəyə ixrac olunması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

O qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobil zavodunun tikintisi layihəsi Azərbaycanla Rusiya arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir.

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3017187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR