Dərini təmizləyən və cavanlaşdıran maskalar

Dərini təmizləyən və cavanlaşdıran maskalar
11:37 10 Fevral 2019
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəriyə qulluq etmək üçün bahalı salonlara getmək o qədərdə önəmli deyil. Xanımlar bunun üçün evdə də maskalar hazırlaya bilərlər.Milli.Az axşam.az-a istinadən evdə asan hazırlanan maskalar təqdim edir:1. Şəkər və zeytun yağından hazırlanan maskaƏvvəlcə dərinizi ilıq su ilə yuyun. Bir az şəkər tozu ilə zeytun yağını qarışdırıb, üzünüzə masaj edərək sürtün. Masajı 10-15 dəqiqə davam etdirin. Sonra ilıq su ilə üzünüzü yuyun. Həftədə bir neçə dəfə bunu təkrarlayın.2. Yaşıl çay, şəkər və bal1 stəkan suyun içərisinə yaşıl çay töküb, 15 dəqiqə dəmlənməsini gözləyin. Sonra onu süzün. Çay soyuduqdan sonra içərisinə şəkər tozu və bal əlavə edib, qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Bunu həftədə 3 dəfə təkrarlayın.3. Ləkələr üçün maskaBir qabda yarım fincan hind qozu yağı ilə zeytun yağını qarışdırın. Bir az isidib, içərisinə badam yağı tökün. Onların içərisinə 2 xörək qarışığı şəkər tozu əlavə edin. Əldə edilən qarışığı üzünüzə sürtüb, masaj edin. 10 dəqiqə saxladıqdan sonra, ilıq su ilə yuyun. Bunu həftədə 2 dəfə təkrarlamaq məsləhətdir.Milli.Az 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/729235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR