Erməni cinayətlərinin yeni izləri

Erməni cinayətlərinin yeni izləri
13:06 14 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən Elmi Şura institutda nəşr olunmuş elmi əsərlərinin təbliğ olunmasının daha da genişləndirilməsinə həsr olunub.

ANS PRESS xəbər verir ki, Yaqub Mahmudov çıxışında institutun nəşr olunan əsərlərinin təbliği işinin daha da genişləndirilməsinin müasir mərhələdə olduqca mühüm əhəmiyyət kəsb etməsini xüsusi vurğulayıb.

O, Elmi Şura üzvlərinə müraciətlə deyib ki, Prezident İlham Əliyev Azərbaycan tarixinə dair araşdırmaların daha da dərinləşdirilməsini, xüsusilə soyqırımlarına dair tədqiqatların genişləndirilməsini diqqət mərkə­zində saxlayır. Ölkə başçısı “1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı” cinayətlərini araşdırmaq üçün xüsusi Tədqiqat Komisiyası yaradılması barədə göstəriş verib. Həmin komisiyaya AMEA-nın prezidenti akademik Akif Əlizadə rəhbərlik edir. Ermənilərin yalançı soyqırımın 100 illiyi ilə bağlı geniş təbliğat kompaniyası apardığı hazırki mərhələdə institutda 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin tədqiqi sahəsində mühüm işlər görülüb.

Alimlərimiz son illərdə Real tarix və böyük Ermənistan uydurması.
Bakı: 2014; Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи.
Баку, 2013; 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı.
Bakı: 2014;. İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920).
Bakı: 2014; Геноцид Азербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920).
Баку: 2014.
Bakıda 1918-ci il mart soyqırımı.
Bakı: 2014; Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920).
Баку: 2014; Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı.
Bakı: 2014;. Quba qəzasında türk-müsəlman soyqırımı.
Bakı: 2014; Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920).
Bakı: 2014 və digər mühüm elmi araşdırmalar nəşr etdiriblər.

İnstitutda başa çatdırılmış bütün bu tədqiqatların ölkəmizdə və xaricdə daha geniş təbliğ olunmasına böyük ehtiyac var.

Yuxarıda göstərilənlərlə bağlı olaraq İnstitutun Elmi Şurası aşağıdakı qərarları qəbul edib:

1. İnstitutun genişləndirilmiş Elmi Şurasında 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları ilə bağlı nəşr olunmuş kitabların təqdimatı keçirilsin.

2. Ermənilərin Azərbaycanın ayrı-ayrı bölgələrində xalqımıza qarşı həyata keçirdikləri soyqırımları ilə bağlı institutda aparılan tədqiqatların nəticələri barədə silsilə məqalələr hazırlanaraq kütləvi imformasiya vasitələrinə göndərilsin və internet saytlarında yerləşdirilsin.

3. Tarix İnstitutunda bu istiqamətdə görülən işlərlə bağlı bütün məlumatlar AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə göndərilsin.

Elmi Şurada həmçinin, prof. Şahin Fərzəliyev tərəfindən dogma dilimizə çevrilən və institut tərəfindən iki kitab şəklində nəşr olunan İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatının keçirilməsi barədə də qərar qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR