Gənc meyxanaçı Fərid Hüseynzadə

Gənc meyxanaçı Fərid Hüseynzadə Metbuat.az-ın suallarını cavablandırıb.


- Musiqili meyxana nədir? Sizə görə belə bir anlayış varmı?

- Musiqili meyxana əslində meyxanın ən əsas qoludur. Meyxanaya rəng qatıb daha da gözəlləşdirir ve şirin edir. İnsanlarda meyxanaya həvəsi daha çox artırır.

- Ötən gün Namiq Məna da vurğuladı, şairlə rdə dedi ki, yoxdu belə bir janır. Bədahətən meyxana deyə bilirsiz? Yoxsa belə rahatdır, musiqili deyirsiz?

- Meyxana lap əvvəllər bir çox şəkildə olub. Stol üstü deyişmə, barmaqlarla çirtma vuraraq deyişmə, amma zaman keçdikcə hər şey dəyişdiyi kimi meyxana da inkişaf edib və daha da gözəl variantda maraqlı bir şəkildə musiqili dəyişib. Hətta meyxana üstadları da keçmişdə bu şəkildə meyxana deyərək məclislərə gedib. Bəli, mən də meyxana deyə bilirəm. Bu, Allah verdiyi istedatdır. Musiqili meyxananın bir özəlliyi isə hansısa məclisdə tək iştirak etməyə yol açır. Dəyişmək üçün ən azı iki nəfər olduğu halda musiqili meyxana söyləyərək tərif etmək ve yaxud da hansısa mövzuda nəysə söyləmək daha asandır. Bir çox musiqili meyxanalarım da var.



-Sizin ifalarınız necə? Metbuat.az olaraq biz sizə dəstək olduq. Gələcəkdə kimlərdən dəstək gözləyirsiniz və hansı ifanızı daha çox bəyənirsiz?

- Əvvəla çox sağ olun və təşəkkür edirəm dəstəyiniz üçün. Bəli, mənim bir çox ifalarım var “Youtube”da. Həmçinin də yüzlərlə şeirlərim və qəzəllərim var. Onlarin hər biri mənim üçün dəyərlidir, çünki onlari mən ağıl, təkamülümlə yazıram. İnşallah daha gözəl işlərlə sizinlə görüşəcəyik.

Zarina Qurbanova haradadır? “Heç nəyə vaxt tapa bilmirəm”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR