Ayı qoruma mərkəzində sevgililər günü ilə bağlı qeyri-adi

Amerikanın Oreqon əyalətində yerləşən ayı qoruma mərkəzi 14 fevral sevgililər günü üçün diqqət çəkici bir kampaniya təşkil edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, kampaniyada insanlara ala balıqlara köhnə sevgililərinin adını vermə şansı təqdim olunur və bu balıqlar ayılar tərəfindən “paramparça” edilir.

“Qəlbinizi qıran birindən intiqam almaq fürsətini qaçırmayın. Kodi və Yak adlı ayılar sizə intiqam almanıza kömək edəcək” şüarı ilə elan edilən kampaniyada iştirak etmək üçün 20 dollar məbləğində yardım edilməsi şərti qoyulub.

Yardım kampaniyasında iştirak edənlərin qoyduğu adlar Meşə həyatı Realibilitasiya və Təhsil Mərkəzi tərəfindən ala balıqların üzərinə yazılacaq və balıqlar ayılara veriləcək.

Bundan başqa kampaniyada iştirakçılara balıqların ayılar tərəfindən parçalandığı anların fotoları da veriləcək.

https://metbuat.az/news/1125974/sadece-yemek-yeyer...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR