SOCAR-da toplantı - Millinin baş məşqçisi vəzifəsinə təyinat açıqlanır

SOCAR-da toplantı - Millinin baş məşqçisi vəzifəsinə təyinat açıqlanır
15:47 11 Fevral 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.Milli.Az AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər salınıb.İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.Qeyd edək ki, əsas milli komandaya baş məşqçi kimi namizəd xorvatiyalı Nikola Yurçeviçdir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/729597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR