Dəhşətli cinayət! Baldızını əvvəl öldürdü

Kayseridə 13 il əvvəl 16 yaşlı baldızını öldürdüyü iddia edilən yeznəyə ömürlük həbs cəzası verildi.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, 5-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda məhbus müqəssir Ümid Çakırer,öldürüldüyü irəli sürülən Filizin anası Durna K, yaxınları ilə tərəf vəkilləri iştirak ediblər.

Müttəhim məhkəmə iclas zalına gətiriləndən sonra yanına gedənDurna K, "mən sənə nə deyim, necə etdin"? deyərək reaksiya verib.

Müttəhim Ümid Çakırer, hadisəylə bir əlaqəsi olmadığını önə sürərək, "Filizi mən öldürməmişəm. Bəraətimi tələb edirəm" deyib.

Məhkəmə heyəti, müttəhim Ümid Çakırere, "uşaq yaşdakı insanı öldürmə" cinayətindən ömürlük həbs cəzası verib.

Məhkəmə iclasının ardından iki tərəf arasında ədliyyə dəhlizində başlayan mübahisə davaya çevrilib.

Polislər davaya müdaxilə edərək iki tərəfi ayırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR