Azərbaycan futbolunda YENİ DÖVR

Azərbaycan futbolunda YENİ DÖVR
20:48 11 Fevral 2019
128 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilmiş iclasda qərarlar açıqlanıb.

Toplantıda aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib. Azərbaycanın U-21 komandası Milan Obradoviçə, U-19 yığması Samir Əliyevə, U-15 və U-16 komandaları isə Miloş Velebitə həvalə olunub.

Miloş Velebit eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanın əsas milli komandasındakı baş məşqçi postuna xorvatiyalı Nikola Yurçeviç təyin olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/269243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR