İsrail tankları Suriyada xəstəxananı məhv edib

İsrail tankları Suriyada xəstəxananı məhv edib
00:01 12 Fevral 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı atəş nəticəsində məhv edilib.

Trend xəbər veriri ki, bunu ölkənin dövlət telekanalı bildirib. Qeyd olunur ki, hücuma həmçinin digər obyektlər də məruz qalıb.

"Hücumun məqsədi Kuneytra xəstəxanası olub, o, bir neçə tank mərmiləri ilə məhv edilib. Hücuma həmçinin Cubata əl-Haşab rəsədxanası da məruz qalıb", - deyə İhbariyyə telekanalı bildirib.

Vilayətin qubernatoru Hamma Dbayat bildirib ki, İsrail tankları Kuneytra istiqamətində 5 mərmi buraxıb və onların hamısı Cubata əl-Haşab meşələri ərazisində düşüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3017989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR